UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Vikinq"lə (Norveç) matçda qırmızı vərəqə alan "Sabah"ın müdafiəçisi Eyden Makkarti 2 oyunluq cəzalandırılıb.
Bakues.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Norveç təmsilçisi ilə səfər matçında rəqibinə zərbə endirən oyunçu Avropa futbol qurumu tərəfindən 2 oyunluq diskvalifikasiya edilib.
Cənubi afrikalı mərkəz müdafiəçisi qarşıdan gələn "Barselona" və "Vilyareal"la görüşləri buraxmaq məcburiyyətində qalacaq.
1 dəqiqəlik oxu
UEFA "Sabah"ın futbolçusunu 2 oyunluq cəzalandırıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



