İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 4 fələstinli həlak olub, 7 nəfər yaralanıb.

Bakues.az xəbər verir ki, bu barədə Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.
Məlumata görə, son sutka ərzində xəstəxanalara 4 nəfərin meyiti və 7 yaralı çatdırılıb.

2025-ci il oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 1 679-a, yaralıların sayı isə 6 100-ə çatıb. Atəşkəs dövründə dağıntılar altından 851 nəfərin meyiti çıxarılıb.

Nazirliyin məlumatına əsasən, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 74 746-ya, yaralananların sayı isə 176 234-ə yüksəlib.

Bildirilib ki, Qəzza zolağında dağıntılar altında hələ də minlərlə insanın meyiti qalır.

Asim