Rusiya Livanda vəziyyətin gərgin olaraq qaldığını və İsrail ordusunun əməliyyatlarının yeni hərbi qarşıdurma riskini artırdığını hesab edir.

Bakues.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 23-də Antioxiya Pravoslav Kilsəsinin patriarxı X Yəhya ilə görüşündə bildirib.

Lavrovun sözlərinə görə, İsrail ordusunun davam edən fəaliyyəti hərbi qarşıdurma ehtimalını daha da artırır. O, belə bir ssenarinin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Rusiya XİN rəhbəri Livan dövlətinin mövcud strukturunun qorunmasının, ölkə əhalisinin üç əsas qrupu arasında həssas tarazlığın pozulmamasının əhəmiyyətini qeyd edib.

Nazir, həmçinin Suriyada çoxsaylı təxribatlara baxmayaraq, bütün etnik və dini qrupların iştirakı ilə milli birliyin təmin olunacağına ümid etdiyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Ukrayna kanonik Pravoslav Kilsəsinin ətrafındakı vəziyyət də müzakirə olunub.

Asim