Xəbər verdiyimiz kimi, 18 noyabr 2026-cı il tarixində Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batma olub.

Bakues.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.