İtaliya Ukrayna ilə 10-20 ədəd “Eurofighter” qırıcı təyyarəsinin tədarükü məsələsini müzakirə edir.
Bakues.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.
Nəşr qeyd edir ki, Ukraynanın Liviyanın ərazi sularında Rusiya hərbi gəmisinə qarşı keçirdiyi hərbi əməliyyat İtaliya hakimiyyətini ciddi narahat etsə də, bu, Romanın ümumi mövqeyini dəyişmir.
İtaliya sonuncu, yenicə təsdiqlənmiş hərbi yardım paketini geri götürmək niyyətində deyil.




