Almaniyanın Kel şəhərində erməni ailəsinin beş üzvünün meyiti tapılıb.
Bakues.az xəbər verir ki, bu barədə "News.Am" məlumat yayıb.
Belə ki, məktəb rəhbərliyi həmin ailədən olan şagirdlərin dərsə gəlməmələrindən narahat olublar.
Ünvana gedən polis əməkdaşları ailənin beş üzvünü, o cümlədən üç uşağı ölü vəziyyətdə aşkar ediblər. Daha iki uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Ölümün ilkin səbəbi qaz sızması göstərilir.
Hadisə ilə bağlı araşdırma başlanılıb.




