Ermənistan və Rumıniya arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.

Bakues.az "TASS"a istinadən xəbər verir ki, sənədə Ermənistanın Baş naziri Nikol Paşinyan və Rumıniya Prezidenti Nikuşor Dan Buxarestdə keçirilən ikitərəfli danışıqların yekununda imza atıblar.

Nikol Paşinyan rəsmi səfərlə Rumıniyanın paytaxtında olub. Sənədin imzalanma mərasimi Ermənistan hökumət başçısının “Facebook” səhifəsində canlı yayımlanıb.

İmzalanma mərasimindən sonra Nikol Paşinyan və Nikuşor Dan birgə mətbuat konfransı keçiriblər.

Asim