Estoniyanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bakues.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tallinin Rusiya ilə sərhədi bağlamaq qərarı ilə bağlı Moskva Estoniya tərəfinə etiraz edib.
Rusiya XİN-nin yaydığı bəyanatda Estoniyaın Ukrayna dronlarının Rusiyanın şimal-qərbinə hücumlar üçün hava məkanı üzərindən uçmasına gizlicə icazə verdiyi də qeyd olunub.
Bildirilib ki, Tallinin Moskvaya qarşı təxribatçı hərəkətləri Rusiya ilə açıq müharibə həddindədir. Vurğulanıb ki, Rusiya öz milli maraqlarını və Rusiya vətəndaşlarının qanuni hüquqlarını qorumaq üçün hərtərəfli siyasi və diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.
1 dəqiqəlik oxu
Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



