Çin Sədri Si Cinpin Belarus Prezidenti Aleksandr Lukaşenkoya ölkənin əvvəlki təcrübəsindən imtina etməməyi tövsiyə edib.
Bakues.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Belarus lideri bu barədə Minskdə Rusiyanın Omsk vilayətinin qubernatoru Vitali Xotsenko ilə görüşü zamanı danışıb.
Lukaşenkonun sözlərinə görə, Si Cinpin ona əvvəlki təcrübəni dağıtmamağı, əksinə, mövcud təcrübəni təkmilləşdirərək inkişafı davam etdirməyi məsləhət görüb.
Belarus Prezidenti bildirib ki, bu yanaşma ölkənin inkişaf strategiyasına böyük ölçüdə uyğundur. O, həmçinin Rusiyanın inkişaf üçün daha geniş imkanlara və istiqamətlərə malik olduğunu qeyd edib.
Lukaşenko Moskva və Minsk arasında uzun illərdir mövcud olan əlaqələrin inkişaf etdirilməsinə, eləcə də hər iki ölkənin maraqlarına xidmət edən əməkdaşlığın qurulmasına çağırıb.
Qeyd edək ki, Si Cinpin iyun ayında Pekin və Minsk arasındakı ikitərəfli münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu bildirmişdi.
Bundan əvvəl Çin lideri təbiətin və təbii sərvətlərin qorunmasına çağırış etmişdi.
Asim




