İran hava məkanına yaxınlaşan ABŞ-a məxsus F-16 qırıcısı İran qüvvələrinin xəbərdarlıq atəşindən sonra istiqamətini dəyişərək geri çəkilib.

Bakues.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusuna məxsus bir F-16-nın icazəsiz hərəkət edən gəmiləri müşayiət etmək və onlara havadan müdafiə təmin etmək missiyası zamanı İranın cənubundakı Hengam adasının cənub-şərqində ölkənin hava məkanına yaxınlaşdığını açıqlayıb.

SEPAH-ın məlumatına görə, qırıcı SEPAH-ın Aerokosmik Qüvvələrinin yeni və qabaqcıl hava hücumundan müdafiə sisteminin xəbərdarlıq atəşinə məruz qalıb. Bildirilib ki, kəskin manevr etdikdən sonra təyyarə istiqamətini dəyişməyə və İranın hava məkanından uzaqlaşmağa məcbur olub.

SEPAH bəyanatında İranın hava məkanının ölkənin silahlı qüvvələri üçün “qırmızı xətt” olduğunu vurğulayıb. Bildirilib ki, Hörmüz boğazında hərəkətə nəzarət və idarəetmə qaydalarını pozmaq cəhdləri qəbuledilməzdir və bu cür hərəkətlərin davam etdirilməsi həm qayda pozuntusuna yol verənlər, həm də onlara dəstək verən hərbi qüvvələr üçün daha ağır nəticələrə səbəb ola bilər.