Hindistanın dünyaca məşhur Tac-Mahal abidəsi bu dəfə tarixi memarlığı ilə deyil, yüzlərlə meymunun əraziyə axışması ilə gündəmə gəlib.
Bakues.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Aqra şəhərində yerləşən dünyaca məşhur Tac-Mahal abidəsi bu dəfə meymunların əraziyə axışması ilə diqqət mərkəzinə düşüb.
Britaniyanın “The Independent” qəzetinin məlumatına görə, abidənin şərq, qərb və Kral qapıları ətrafında toplaşan böyük meymun dəstələrini əks etdirən görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.
Bizi Instagramda izləyin
<<
Cümə axşamı yayılan videolarda meymunların ziyarətçilərin giriş-çıxış etdiyi ərazilərdə sərbəst dolaşdığı görünür. Sosial şəbəkə paylaşımlarında abidənin ətrafında yüzlərlə meymunun toplandığı iddia olunur.
Meymunların abidə ətrafında yaratdığı təhlükə yalnız görüntülərlə məhdudlaşmır. İyulun sonundan indiyədək azı 7 turistin meymunların hücumu nəticəsində dişlənərək xəsarət aldığı bildirilir.
Sentyabr ayında meymunların hücumuna məruz qalan iki ziyarətçi xəstəxanaya yerləşdirilib. Yaralananlardan biri 83 yaşlı braziliyalı turist olub.
İyul ayında isə Cənubi Koreyadan olan qadın turist Tac-Mahalın şərq qapısı yaxınlığında meymunun əlini dişləməsi nəticəsində xəsarət alıb. Ziyarətçilərin hadisə barədə aidiyyəti qurumlara məlumat verməsindən sonra təcili tibbi yardım maşınının hadisə yerinə təxminən bir saat sonra çatdığı qeyd olunub.
2 dəqiqəlik oxu
Tac-Mahalı meymunlar istila etdi: 7 turist xəsarət aldı

Materiallardan istifadə zamanı Bakues.az-a istinad vacibdir.



