Tanınmış meyxanaçı və müğənni Tərlan Novxanı Özbəkistanın Əməkdar artisti, müğənni Uluqbəy Rəhmətullayevin səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş "25 yil birga!" (25 il birlikdə) adlı yubiley konsertində iştirak edib.

Bakues.az xəbər verir ki, Tərlan Novxanı konsertdə iştirak edərək sənət dostunu təbrik edib və ona Azərbaycandan xüsusi hədiyyələr təqdim edib.

Təqdim olunan hədiyyədə Azərbaycan və Özbəkistan bayraqları, Xarıbülbül simvolu və Azərbaycan xalqının adından ünvanlanan təbrik sözləri yer alıb. Milli geyim sürprizi, səmimi söhbət və iki ölkə arasında mədəni yaxınlığı vurğulayan əl işi hədiyyə diqqət çəkib.

Səmimi görüşdə qarşılıqlı xoş arzular və dostluq mesajları səsləndirilib.

YouTube

Lalə