Türkiyəli aparıcı Ece Üner və həyat yoldaşı, jurnalist Deniz Bayramoğlu saxlanılıb.

Bakues.az xəbər verir ki, onlar İstanbul Baş Prokurorluğunun Halk TV-nin sahibi Cafer Mahiroğlu ilə bağlı apardığı istintaq çərçivəsində tutulublar.

Belə ki, istintaqın üçüncü mərhələsi üzrə ümumilikdə 12 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 9-u, o cümlədən Ece və həyat yoldaşı Deniz Bayramoğlu saxlanılıb.

Məlumata əsasən, araşdırma çərçivəsində rüşvət, tenderlərə müdaxilə, cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması və saxta hesab-fakturalarla bağlı iddialar araşdırılır.

Prokurorluğun iddiasına görə, Ece və həyat yoldaşına aylıq 1 milyon 650 min lirə (təxminən 55 min manat) məbləğində qeyri-rəsmi ödəniş edildiyi və bunun müqabilində sifarişli, həqiqətə uyğun olmayan xəbərlər hazırlatdırıldığı iddia olunur.