Almaniya Moldovaya hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə 20 milyon avro maliyyə dəstəyi göstərəcək.

Bakues.az xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatolie Nosatıy məlumat verib.

Bundan əlavə, Moldova 2025–2028-ci illərdə təxminən 5 milyon avro dəyərində hərbi texnika və avadanlıq əldə etməlidir.

Qeyd edək ki, Almaniya bundan əvvəl də Moldovaya zirehli transportyorlar və pilotsuz uçuş aparatları təqdim edib, həmçinin ölkənin hərbi infrastrukturunun modernləşdirilməsinə dəstək göstərib.