Rusiyada xarici pasport almaq üçün təqdim edilən fotoşəkillər ön kamera ilə çəkildiyi halda qəbul olunmaya bilər.

Bakues.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin miqrasiya xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, ön kamera ilə çəkiliş zamanı əksər cihazlar görüntünü güzgü effektində saxlayır. Nəticədə insanın üzünün sağ və sol tərəfləri fotoda yerlərini dəyişir.

Miqrasiya xidməti əlavə edib ki, üzü dəyişdirilmiş və ya görünüşünə müdaxilə edilmiş fotoşəkillər də qəbul olunmayacaq.