Rusiyanın Səhiyyə Nazirliyinin sabiq baş ştatdankənar narkoloqu Yevgeni Bryun 76 yaşında vəfat edib.
Bakues.az xəbər verir ki, “REN TV”nin məlumatına görə, Bryun hospisdə dünyasını dəyişib.
O, 1988-ci ildə SSRİ-də narkotik asılılığından əziyyət çəkən şəxslərə anonim yardım göstərən ilk xidmətin əsasını qoyub. 1990-cı illərdə Rusiya Səhiyyə Nazirliyinin Klinik Narkologiya İnstitutunun direktor müavini vəzifəsində çalışıb. 2009–2022-ci illərdə isə nazirliyin baş ştatdankənar narkoloqu olub.
Bryun 2024-cü ildə xüsusilə külli miqdarda dələduzluqda ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. 2026-cı ilin yanvarında isə məhkəmə onu həbsdə qalması ilə bir araya sığmayan xəstəliyi səbəbindən vaxtından əvvəl azadlığa buraxıb.




