Ermənistanın paytaxtı İrəvanda Nubarşen və Malatiya-Sebastiya inzibati rayonlarının rəhbərləri vəzifələrindən azad olunublar.
Bakues.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Andranik Qasparyan Nubarşen, Saşa Katvalyan isə Malatiya-Sebastiya inzibati rayonunun rəhbəri vəzifəsindən kənarlaşdırılıb.




